Aprelin 1-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın mart sayı təqdim olunub. Bununla bağlı keçirilən mətbuat konfransda İİTKM-nin departament rəhbəri Ramil Hüseyn cari ilin yanvar-fevral aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisinin (30,5 milyon ABŞ dolları) birinci olduğunu deyib. Bildirib ki, həmin siyahıda mahlıc (25,9 milyon dollar) ikinci, qabığı təmizlənmiş meşə fındığı isə (24,7 milyon dollar) üçüncü yerdə qərarlaşıb.
"İxrac icmalı" ilə www.iqtisadiislahat.org saytının "İcmallar" bölümündə tanış olmaq mümkündür.