Cari vergi məbləğlərinin şəxsi hesab vərəqəsinə daxil edilməsinin əsasları və müddətləri

2021.11.15 14:03 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanı tərəfindən cari vergi məbləğləri hesablandıqda - cari vergi məbləğinin ödəniş müddətinin başa çatdığı günədək, mənfəət və gəlir vergisi üzrə cari vergi məbləğlərinin hesablanması üçün vergi ödəyicisi tərəfindən cari vergi məbləğinin ödəniş müddəti başa çatanadək təqdim edilmiş arayış əsasında - arayışın təqdim edildiyi gündən sonra 1 iş günü ərzində vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə daxil edilir.

Əsaslandırma: Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydalarının 4.1.5 və 4.1.6-cı bəndləri