Müxtəlif kateqoriyalar üzrə sosial müavinət və Prezident təqaüdləri orta hesabla 100 faiz artır

2019.04.01 15:22 (UTC+04:00)

Aprelin 1-dən bir sıra sosial müavinətlər və Prezident təqaüdləri artırılır. Həmçinin ayrı-ayrı kateqoriyalar üzrə yeni Prezident təqaüdləri təsis edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əldə etdiyimiz məlumata görə, dövlət başçısının 2019-cu il 25 fevral tarixli sərəncamına uyğun olaraq, aprelin 1-dən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır. Eyni zamanda, 2 kateqoriya üzrə yeni Prezident təqaüdləri də təsis edilir.