Noyabrın 21-22-də Macarıstanın paytaxtı Budapeşt şəhərində "Dövlət gəlirləri administrasiyalarının fəaliyyətində təhlükəsizlik və xidmətin inkişafı ilə bağlı yeni istiqamətlər" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə ölkəmizi Vergilər Nazirliyinin Mərkəzi aparatının Beynəlxalq təcrübələrin araşdırılması və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Tural Babayev, Tədris Mərkəzinin Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının müəllimi Orxan Balayev və Dövlət Gömrük Komitəsinin Risklərinin idarə olunması idarəsinin rəisi Ziya Ağayev təmsil etmiş, ölkəmizdə aparılan islahatlar, idxal-ixrac prosesinə vergi və gömrük orqanlarının birgə nəzarəti ilə bağlı görülmüş işlər və s. önəmli məsələlərlə bağlı məlumat vermişlər.