Hesablama Palatası yenilənən büdcə qaydasında əvvəlki qaydaya xas risklərin aradan qaldırıldığını bildirməklə bir sıra məqamlarla bağlı rəydə təkliflər verib.
Palatadan bildirilib ki, büdcə qaydasının yeni redaksiyası ilə bağlı təklif edilən dəyişikliklərə əsasən qaydada əvvəllər mövcud olan xərclənə bilən neft gəlirləri komponentinin neftin qiymətinin yüksək olması halında protsiklik siyasətin təsirinə məruz qalma riski də aradan qalxmış olur ki, bu da yeni qaydanın müsbət xüsusiyyəti kimi qiymətləndirilə bilər. Eyni zamanda, 2022-ci ilin dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində mümkün risklərin qarşısının alınması məqsədilə Dövlət Neft Fondundan transfertə birbaşa məhdudiyyət qoyulması, qeyri-neft baza kəsirinin mütləq ifadədə müəyyənləşdirilməsi, təklif edilən qiymət məhdudiyyətinə yenidən baxılması tövsiyə edilib.