İqtisadiyyat və Ticarət Konfransında səsləndirilən təkliflər ortaq hədəflərimizin reallaşdırılmasına töhfə verəcək

2021.11.12 13:05 (UTC+04:00)

“Türkiyə - Türk dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı” çərçivəsində keçirilən panel iclaslarında türkdilli ölkələr arasında ticarət, kiçik və orta biznes, investisiya, tranzit daşımaları sahəsində əməkdaşlığın inkişafı barədə müzakirələr aparılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“İnanırıq ki, səsləndirilən təkliflərin, birgə təşəbbüslərin reallaşdırılması ortaq hədəflərimizin gerçəkləşdirilməsinə töhfə verəcək”, - deyə nazir qeyd edib.