Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,58 dollar azalaraq 82,29 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,55 dollar ucuzlaşaraq 81,04 dollar olub.