Cari ilin yanvar-oktyabr aylarında əsas kapitala 10 milyard 568,5 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 13,1 faiz azalıb.
İstifadə olunmuş vəsaitin 6 milyard 999,6 milyon manatı və ya 66,2 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 757,8 milyon manatı (26,1 faizi) xidmət sahələrinə, 811,1 milyon manatı (7,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.