İstanbulda keçirilən konfrans gələcəyə ümumi baxış konsepsiyasının müəyyənləşdirilməsi üçün əlverişli platformadır

2021.11.11 17:33 (UTC+04:00)

“Türkiyə-Türk Dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı” əlaqələrin genişləndirilməsi imkanlarının müzakirəsi, gələcəyə ümumi baxış konsepsiyasının müəyyən edilməsi üçün əlverişli platformadır.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Tədbirdə Azərbaycanda iqtisadi fəallığın təşviqi, azad edilmiş ərazilərimizə böyük qayıdış üçün görülən işlər barədə məlumat verdik, bu sahədə əməkdaşlığın önəmini vurğuladıq”, - deyə nazir qeyd edib.