Samir Şərifov: Maliyyə təminatının yaradılması mühüm məsələ kimi qarşıya qoyulub

2021.11.11 15:30 (UTC+04:00)

Büdcədə nəzərdə tutulan təsisatlar və artımlar dövlətimizin başçısının müdrik siyasətinin nəticəsidir.

Bu fikirləri maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisdə 2022-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Müəlliflik hüquqları ilə bağlı məsələyə münasibət bildirən Samir Şərifov bununla əlaqədar mərkəzləşmiş yanaşmanın olduğunu qeyd edib.

Büdcənin neftdən asılılığının aradan qaldırılması istiqamətində məqsədyönlü siyasət aparıldığını diqqətə çatdıran maliyyə naziri bildirib ki, dünyada baş verən proseslər, qlobal iqlim dəyişikliyi ilə bağlı problemlər yaşanmaqdadır. Neft hasil edən ölkələr üçün ciddi çağırışlar qarşıya çıxır.

Beş əsas prioritet istiqamətlər üzrə fəaliyyət planından danışan nazir maliyyə təminatının yaradılmasını qarşıya qoyulan mühüm vəzifələrdən biri kimi qeyd edib.