İstanbulda “Türkiyə-Türk Dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı” başlayıb

2021.11.11 14:45 (UTC+04:00)

Noyabrın 11-də İstanbulda “Türkiyə - türk dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı” başlayıb.

Türkiyənin Ticarət Nazirliyinin ev sahibliyi, Xarici İqtisadi Əlaqələr Şurasının təşkilatçılığı ilə keçirilən konfransda ölkəmiz iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.

Türk dövlətlərinin müstəqilliyinin 30-cu ildönümü münasibətilə baş tutan tədbirdə ölkəmizlə yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistandan olan dövlət nümayəndələri də iştirak edirlər.

Rəsmi açılış mərasimi ilə işə başlayan konfrans “Qlobal iqtisadiyyatda mövcud inkişaf perspektivləri və türk dövlətləri arasında ticarətin inkişafı”, “İnvestisiya imkanları və investisiya mühitinin təkmilləşdirilməsi”, “Ticarət logistikasında çətinliklər və imkanlar: Türk respublikaları arasında əlaqələrin təkmilləşdirilməsi” mövzularında panel iclasları ilə davam etdirilir.