Cari ilin 10 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə 4 milyard 949 milyon manat vəsait ödənilib

2021.11.11 11:33 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 milyard 949 milyon manat vəsait ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,5 faiz və ya 166,5 milyon manat çoxdur.

Pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər 2,4 milyon nəfəri əhatə edib.