2021-ci ilin 9 ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 41 aylıq mal və xidmət idxalına kifayət edib (2021-ci ilin 6 ayı üzrə mal və xidmət idxalı götürülməklə).
Bu barədə Mərkəzi Bankın “Pul siyasəti icmalı”nda deyilir.
Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 4 dəfə üstələyib (01.10.2021 tarixinə olan M2 pul aqreqatı götürülməklə). Ölkənin strateji valyuta ehtiyatları illik ÜDM-in 100 faizini üstələyir.