İqtisadiyyat naziri: 108 min fərdi mikro sahibkara 113 milyon manatdan çox maliyyə dəstəyi göstərilib

2021.11.10 20:20 (UTC+04:00)

Cari ildə ölkədə iqtisadi artımın bərpası və sürətlənməsində pandemiya ilə bağlı hökumətin iqtisadiyyatda genişmiqyaslı dəstək proqramlarının həyata keçirilməsi mühüm amillərdən biri olub.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu dəstək proqramlarının mühüm alətlərindən biri pandemik sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının bir hissəsinin ödənilməsi olub. Noyabrın 1-nə 243 mindən çox muzdlu işçiyə 250 milyon manatadək vəsait ödənilib. Eyni zamanda, 108 minədək fərdi mikro sahibkara 113 milyon manatdan çox maliyyə dəstəyi göstərilib.