Qeyri-neft sənaye məhsullarının ixracının artmasında sənaye zonaları mühüm rol oynayır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, bu ilin 9 ayında sənaye zonalarından ixrac olunmuş məhsulların dəyəri 220 milyon dolları ötüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Sənaye zonalarının ölkənin qeyri-neft ixracında payı 18 faizə, cəmi qeyri-neft sənaye məhsullarının ixracında payı isə 26 faizə çatıb.