İndiyədək ölkədə 510-dan çox investisiya təşviqi sənədi verilib.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, bu sənədlər üzrə layihələrin ümumi dəyəri 4,6 milyard manat təşkil edir ki, bunun da 54 faizi Bakı, Abşeron, Xızı istisna olmaqla, ölkənin digər regionlarının payına düşür.