Zəfər Günü paytaxtdakı bir sıra binalar Azərbaycan bayrağı ilə işıqlandırılıb

2021.11.10 17:33 (UTC+04:00)

Əzəli torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən şanlı qələbəmizin birinci ildönümü münasibətilə 8 noyabr - Zəfər Günündə Bakının müasir memarlıq nümunələri və tarixi binaları qələbə simvolu olan rəmzlərlə işıqlandırılıb. Zəfər Günü İqtisadiyyat Nazirliyinin Heydər Əliyev prospektində yerləşən inzibati binasının üzərində də xüsusi işıqlandırma ilə Azərbaycan bayrağı və Xarı bülbül əks olunub.