Müəssisə malların topdan satışı ilə məşğuldur və illik dövriyyəsi 100.000 manatdır. Bu halda həmin müəssisə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.
Qeyd olunanlara əsasən, topdansatış qaydasında ticarət fəaliyyəti ilə məşğul olan müəssisə 1 yanvar 2019-cu il tarixdən mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərir.
Əsas: Vergi Məcəlləsi, 218.5.9-cu maddə