İqtisadi artımın sürətləndirilməsi və istehlak fəallığının genişlənməsi cari ildə vergi daxilolmalarına da müsbət təsirini göstərir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, bu ilin 9 ayında vergi daxilolmaları 12 faiz artaraq 6,4 milyard manata çatıb. 9 aylıq proqnoz 120,2 faiz səviyyəsində icra olunub. Proqnozdan əlavə, dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait əlavə olaraq daxil olub.