Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi ilə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri arasında görüş keçirilib.
ABA-dan bildirilib ki, tərəflər təminatlı kreditləşmə infrastrukturunun yaradılmasına dəstək üçün potensial əməkdaşlığı müzakirə ediblər. Görüşdə, həmçinin Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri tərəfindən gələcək işlərinin spesifik sahələri və ABA-nın bu sahələrdə göstərdiyi səylər diqqətə çatdırılıb.