2022-ci ildə orta pensiyanın məbləği 345 manata çatdırılacaq

2021.11.10 15:04 (UTC+04:00)

Cari ilin 10 ayında Azərbaycanda orta pensiya 331 manat olub, növbəti ildə bu məbləğ 345 manata çatdırılacaq.

Bu sözləri Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, pensiyaların araşdırılması nəticəsində qanunsuz pensiyalar müəyyənləşdirilib və nəticədə dövlət büdcəsinin xərclərinə böyük miqdarda vəsait qənaət edilib.

S.Babayevin sözlərinə görə, artıq 16 rayon üzrə ünvanlı sosial yardımın verilməsi ilə bağlı yoxlanmalar başlanıb, sonrakı mərhələdə bu, 46 rayona çatdırılacaq.