Cari ilin oktyabr ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 26,7 min nəfər və ya 0,59 faiz artıb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, 2021-ci ilin 1 noyabr tarixinə uçota alınmış sığortaolunanların sayı isə 4,57 milyon nəfər təşkil edib.