Məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 367,4 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 2,9 milyon manat və ya 0,8 faiz çoxdur.
Bu, “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Məcburi köçkün statusu olan və onlara bərabər tutulan şəxslərə (500 min nəfərə yaxın) 60 manat olmaqla vahid aylıq müavinətin verilməsi üçün 2022-ci ilin dövlət büdcəsində 340 milyon manat, digər tədbirlər üçün 4,8 milyon manat vəsait proqnozlaşdırılıb. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak edilən kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına qarşılanması üçün 2022-ci ilin dövlət büdcəsində 19,6 milyon manat vəsait nəzərdə tutulub.