2021-ci ilin sonuna bəzi dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin yüksəlməsi (enerji və qeyri-enerji) və qlobal əmtəə qiymətlərinin artması kimi xərc amillərinin təsiri ilə bu il Azərbaycanda 6 faiz səviyyəsində gözlənilən ortaillik inflyasiyanın 2022-ci ildə 4 faizədək enəcəyi gözlənilir.
“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub.
Qeyd edilir ki, ölkədə makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin sabitliyi dəstəkləyəcək. Bu əsasda gələn il manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb.