Cari ilin üçüncü rübündə “Azəri-Çıraq-Günəşli”dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.
“BP Azerbaijan” şirkətindən bildirilib ki, ilk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (29 min), Mərkəzi Azəri (109 min), Qərbi Azəri (115 min), Şərqi Azəri (77 min), Dərinsulu Günəşli (87 min) və Qərbi Çıraq (44 min) platformalarından birlikdə – gündə orta hesabla 461 min barel və ya ümumilikdə təxminən 126 milyon barel, yəni 17 milyon ton olub.
Sentyabrın 18-də AÇG layihəsi yataqdan 4 milyard barel ümumi hasilat əldə olunması uğurunu qeyd edib.
Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 30 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.