İqtisadiyyat naziri: Enerji istehsalının bərpa olunan mənbələr hesabına şaxələndirilməsi əsas prioritetlərdəndir

2021.11.05 11:02 (UTC+04:00)

Enerji istehsalının bərpa olunan mənbələr hesabına şaxələndirilməsi əsas prioritetlərdəndir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, “Masdar” şirkətinin icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşdə külək və günəş enerjisi, bərk məişət tullantılarının yandırılması, “yaşıl” hidrogen istehsalı və digər mövzularda əməkdaşlıq məsələləri müzakirə edilib.