Mikayıl Cabbarov: “Dubay EXPO-2020” biznesdə etibarlı tərəfdaşlar qazanmaq üçün unikal platformadır

2021.11.04 17:05 (UTC+04:00)

Beynəlxalq əməkdaşlıq və investisiya imkanlarını təşviq edən “Dubay EXPO-2020” ümumdünya sərgisi davamlı inkişaf alətlərinin təqdimatı, biznesdə yeni istiqamətlər və etibarlı tərəfdaşlar qazanmaq üçün unikal platformadır.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan pavilyonunda ölkə iqtisadiyyatının şaxələndirilməsi, insan kapitalına sərmayə yatırımı, dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi kimi qlobal sahələrdə əldə etdiyimiz nailiyyətlər maraqla qarşılanır.