Azərbaycan İnvestisiya Holdinqi “Dubai Logistics World” şirkəti ilə anlaşma memorandumu imzalayıb

2021.11.04 15:34 (UTC+04:00)

Azərbaycan İnvestisiya Holdinqi və “Dubai Logistics World” şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Memorandum ölkəmizin “Dünya Logistika Pasportu” (WLP) təşəbbüsünə qoşulması, Azərbaycanın beynəlxalq ticarətlə məşğul olan şirkətlərinin regional “WLP” mərkəzlərin təqdim etdiyi üstünlüklərə birbaşa çıxışının əldə olunması sahəsində əməkdaşlığı nəzərdə tutur”, - deyə nazir qeyd edib.