Bu vaxtadək Neft Fondu “Şahdəniz” qazı və kondensatının satışından 4,1 milyard dollar gəlir əldə edib

2021.11.04 14:14 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 461 milyon 921 min ABŞ dolları olub.

Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, o cümlədən 10 ayda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 135 milyon 235 min dollar təşkil edib.

2007-ci ildən cari il noyabrın 1-dək isə fondun “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 4 milyard 129 milyon dollar olub.