Dövlət Sosial Müdafiə Fondu “Azərpoçt" vasitəsilə çatdırılan birdəfəlik sosial ödənişlər barədə məlumat yayıb.
Fondun mətbuat xidmətindən bildirilib ki, 2021-ci il 1 noyabr tarixindən etibarən respublika üzrə birdəfəlik sosial ödənişlər:
• dəfn üçün müavinət;
• uşağın anadan olmasına görə müavinət;
• cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə müavinət;
• radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət vətəndaşlara "Azərpoçt" vasitəsilə çatdırılır. Vətəndaşlar həmin vəsaiti "Azərpoçt"un istənilən şöbə, filial və məntəqəsində əldə edə bilərlər.