Cari 2021-ci ilin oktyabrında orta hesabla 1 ailəyə ödənilən ÜDSY-nin məbləği artaraq 270,2 manata çatıb

2021.11.03 14:32 (UTC+04:00)

Cari 2021-ci ilin oktyabr ayında orta hesabla 1 ailəyə ödənilən Ünvanlı dövlət sosial yardımın (ÜDSY) məbləği artaraq 236,7 manatdan 270,2 manata çatıb.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz artım deməkdir.