Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri “yaşıl enerji” sahəsində müzakirələr aparıb

2021.11.03 13:41 (UTC+04:00)

Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya tərəfdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün səmərəli platformadır.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, Komissiyanın 8-ci iclasında investisiya, ticarət, “yaşıl enerji”, kənd təsərrüfatı, qida təhlükəsizliyi, KOB, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik.