Vergilər naziri Lənkəranda vətəndaşları qəbul edib

2019.03.30 16:44 (UTC+04:00)

Vergilər naziri Mikayıl Cabbarov martın 30-da Lənkəran şəhərində 6 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayonundan olan sakinlər iştirak ediblər.

Qəbul zamanı vətəndaşlar, əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotunun aparılması və e-qaimələrin tətbiqi, kənd təsərrüfatı məhsullarının ixracı və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri diqqətlə dinlənilib və nazirliyin struktur bölmələrinə yerindəcə aidiyyəti tapşırıqlar verilib.