Pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq cari ilin təkcə sentyabr ayında 18 mindən çox rusiyalı Azərbaycana səfər edib.
Bu barədə Həştərxan vilayəti hakimiyyət orqanlarının portalı məlumat verib. Bildirilir ki, Azərbaycan rusiyalı turistlərin həvəslə ziyarət etdiyi ölkədir. Bu ilin təkcə sentyabr ayında 18 mindən çox rusiyalı Azərbaycana səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 faiz çoxdur.
Yaxın vaxtlarda Bakıda Həştərxan İşgüzar Mərkəzinin açılışı da gözlənilir. Həştərxan Beynəlxalq Əlaqələr Agentliyinin rəhbəri Vladimir Qolovkov bu barədə məlumat verib. O qeyd edib ki, bu, Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan arasında turizmin inkişafına təkan verəcək.