Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir və bildirişdə aşağıdakı məlumatlar göstərilir:
- vergi ödəyicisinin adı və ya obyektin adı;
- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
- bildirişin tarixi;
- bildirişin aid olduğu obyekt və bildirişin əhatə etdiyi vergi dövrü və ya vergi dövrləri;
- verginin növü, hesablanmış verginin və faizlərin məbləği;
- verginin ödənilməsinə dair tələb və ödəmənin müddətləri;
- verginin ödənildiyi yer və üsul;
- verginin hesablanmasına əsas olmuş hallar;
- şikayət etmə qaydası.
Əsaslandıma: Vergi Məcəlləsinin 84.0-ci maddəsi