Neft Fondu oktyabrdakı valyuta hərraclarında 539,9 milyon dollar satıb

2021.11.01 16:24 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən oktyabr ayı ərzində valyuta hərraclarında 539,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.