Yanvar-sentyabr aylarında ölkədən 14 milyard 927,1 milyon kubmetr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 2 milyard 951,4 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2020-ci ilin eyni aylarında Azərbaycandan 10 milyard 154,4 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri 1 milyard 891,6 milyon dollar olmuşdu.