“Azexport.az” portalına 367,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub

2021.10.29 17:00 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında “Azexport.az” portalına 236,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayında bildirilir ki, bu ilin sentyabr ayında “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 43,2 milyon ABŞ dolları təşkil edib. Sentyabrda “Azexport.az” portalına ən çox ixrac sifarişi pambıq, xurma, nar şirəsi, fındıq ləpəsi, un, meyvə cemi, kərə yağı, qızılgül, qənnadı məhsulları, tütün, mühərrik yağı və sair mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin sentyabrın 30-na kimi (57 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,59 milyard ABŞ dolları təşkil edib.