Sentyabrda qeyri-neft məhsullarının ixracı olunduğu ölkələr sırasında Rusiya birincidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayında bildirilir ki, cari ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya 586,5 milyon, Türkiyəyə 455 milyon, İsveçrəyə 174 milyon, Gürcüstana 120,5 milyon və ABŞ-a 54,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2021-cu ilin sentyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (64,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (47,7 milyon ABŞ dolları) və İsveçrə üçüncü (19,2 milyon ABŞ dolları) olub.