Cari ilin 9 ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 92,5 milyon manat vəsait ödənilib

2021.10.29 15:23 (UTC+04:00)

Cari ilin 9 ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 92,5 milyon manat vəsait ödənilib. Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 milyon manat və ya 13,3 faiz daha çox vəsait xərclənib.