“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yeddi müəssisəsi özəlləşdirməyə açıq elan edilıb

2021.10.29 15:05 (UTC+04:00)

Prezident İlham Əliyev oktyabrın 29-da “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncam dövlətin idarəetməsində olan müəssisələrin inkişaf etdirilməsi, onların fəaliyyətinin səmərəliliyinin artırılması və özəl investisiyalar hesabına canlandırılması məqsədi daşıyır.

Özəlləşdirmədə yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməyə açıq elan edilən müəssisələrinin sıyahısına aşağıdakılar daxildir:

ASK Şüşə” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“ASK Ayaqqabı Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“Azəripək” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“ASK Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“ASK İzolit” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“ASK Şəki SES” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“ASK Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyəti.