Mikayıl Cabbarov: Azərbaycan-Türkiyə birliyi iqtisadi əməkdaşlığımızın dinamik inkişafına stimul verən mühüm amildir

2021.10.29 14:25 (UTC+04:00)

Beynəlxalq münasibətlər sistemində nümunəvi model olan Azərbaycan-Türkiyə birliyi iqtisadi əməkdaşlığımızın dinamik inkişafına stimul verən mühüm amildir.

Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində Türkiyənin Cümhuriyyət Günü münasibətilə yazdığı təbrikdə bildirib.

Nazir qardaş Türkiyə xalqını Cümhuriyyət Günü münasibətilə təbrik edib, əmin-amanlıq və davamlı tərəqqi arzulayıb.