“Azərkosmos” 32,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib

2021.10.29 14:10 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 36 ölkəsinə 32,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayında bildirilir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizidir. 2021-ci ilin sentyabrında isə “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.