Elman Rüstəmov: Manatın məzənnəsinin dayanıqlığına heç bir təhdid yoxdur

2021.10.29 13:45 (UTC+04:00)

Azərbaycanda manatın məzənnəsinin dayanıqlığına heç bir təhdid yoxdur.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 29-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, valyuta bazarı sabitdir. Manatın dayanıqlığı artıb və manata mövcud olan təzyiqlər tədricən səngiyir.