Bu il ortaillik inflyasiya 6,2-6,5 faiz səviyyəsində gözlənilir

2021.10.29 12:40 (UTC+04:00)

Bu il Azərbaycanda ortaillik inflyasiya 6,2-6,5 faiz səviyyəsində gözlənilir.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 29-da keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, gələn il inflyasiya 5,6 faiz səviyyəsində proqnozlaşdırılır.