Bankların ləğvetmə prosesinin effektiv həyata keçirilməsi üçün xüsusi platforma yaradılıb

2021.10.29 11:41 (UTC+04:00)

Bankların ləğvetmə prosesinin effektiv həyata keçirilməsi üçün xüsusi platforma yaradılıb.

Bu barədə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Beynəlxalq Əmanət Gününə həsr olunmuş tədbirdə Risklərin idarəedilməsi təhlil və investisiya departamentinin rəhbəri Cəlal Rayi deyib.

O bildirib ki, bankların ləğvetmə prosesinin effektiv həyata keçirilməsi məqsədilə xüsusi platformanın yaradılması Əmanətlərin Sığortalanması Fondu tərəfindən mütəmadi olaraq kreditorların müvafiq məlumatlarla təmin edilməsinə səbəb olacaq.