Əmlakın siyahıya alınmasının ardıcıllığı

2021.11.02 19:01 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, əmlakın siyahıya alınması Vergi Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir:

• nağd pul vəsaitləri;

• bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair);

• hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər;

• istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər;

• inventarizasiya aparılmaqla digər əmlak.

Əsaslandırılması: Vergi Məcəllənin 89.6-cı maddəsi61013:31