Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 26 milyon 170,6 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 74,8 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 9 ayda bu kəmərlə 19 milyon 566,4 min ton neft nəql edilib.
Cari ildə BTC ilə 2 milyon 522,1 min ton tranzit nefti də ötürülüb.