Özbəkistan Respublikasının Maliyyə Nazirliyində Beynəlxalq Valyuta Fondunun missiyasını təmsil edən ekspertlər ilə vergi-büdcə sahəsində şəffaflığın artırılmasına və dövlət maliyyəsinin statistikasına dair hesabatların təqdim olunmasının təkmilləşdirilməsinə texniki yardım göstərilməsi çərçivəsində görüşlərin keçirilməsinə başlanılıb. Aprel ayının 5-dək davam edəcək bu görüşlər 2018-ci ildə başlanmış islahatlar çərçivəsində görülmüş işlərin davamı hesab edilir.
Səfərin proqramına əsasən, şəffaflığın artırılması sahəsində qısamüddətli və uzunmüddətli planları, eləcə də Özbəkistanda dövlət maliyyəsi üzrə idarəetmə sisteminin inkişafının prioritetlərini müzakirə etmək üçün BVF ekspertlərinin aidiyyəti dövlət qurumlarının rəhbərləri ilə görüşlərinin keçirilməsi, həmçinin fond mütəxəssisləri tərəfindən seminarların təşkil edilməsi planlaşdırılıb.