İctimai iaşə dövriyyəsi 16 faiz artıb

2021.10.28 12:40 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz artaraq 631,1 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,9 faizi hüquqi şəxslərin, 49,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 27,3 faiz artaraq 318,1 milyon manat təşkil edib.